Manatın durumu yenidən dəyişdi

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов и калькулятор
Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarından etibarən manatın məzənnəsinə dəyişikliklər edilib

BAKI, 30 iyun — Sputnik. İyun ayının 30-da "qara bazar"da dollar bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6900 manata, satışı isə 1.6950 manata qalxıb.

Доллары в руке - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dollar sabah bu qiymətə olacaq

Dollarla yanaşı, avro da "qara bazar"da bahalaşıb. Hazırda Avropa valyutasının alışı 1.8800 manatdan 1.9000 manata, satışı isə 1.9000 manatdan 1.9200 manata yüksəlib.

Bu gün banklararası ticarətdə də dollar bahalaşıb. "Bloomberg" terminalında dollar günə 1.6908 manat kursu ilə başlayıb. Başqa sözlə, dollar manat qarşısında 0,28% dəyər qazanıb.

Qeyd edək ki, ötən gün "Bloomberg"də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0