BAKI, 30 iyun — Sputnik. Bakıda ikinci mərtəbədən düşən 2 yaşlı uşaq vəfat edib. Uşağın ölümünə səbəb bədbəxt hadisə olub və buna görə məsuliyyəti körpənin valideynləri daşıyır. Onlar azyaşlı uşağı nəzarətsiz qoymaqda təqsirləndirilir.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd olunur ki, iyunun 28-də saat 10:00-da 2015-ci il təvəllüdlü Bəydəmirli Rəvan Elşad oğlu Əliyev küçəsində yerləşən 34 nömrəli yaşayış binasının ikinci mərtəbəsindən yıxılıb. İyunun 29-da isə körpə Kliniki Tibbi Mərkəzdə həyatını itirib.
İlkin məlumata görə, valideynləri onu nəzarətsiz qoyublar və uşaq mənzilin açıq pəncərəsindən düşüb.
Faktla bağlı araşdırma aparılır.