ELM

Fransalı rektor: "UNEC çox yaxşı universitetdir"

© AZƏRTACProfessor Abdelhakim Artiba ilə görüş
Professor Abdelhakim Artiba ilə görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Universitetlər birgə elmi tədqiqatlar aparacaq, elmi tədbirlər təşkil edəcək, elmi nəşrlər hazırlayacaqlar

BAKI, 30 iyun — Sputnik. Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artibanın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qonaqlara UNEC barədə məlumat verən rektor, professor Ədalət Muradov bildirib ki, 20 minə yaxın tələbəsi olan ali təhsil ocağı Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetidir. QS-in İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olan UNEC, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. UNEC-in beynəlxalq əlaqələrindən danışan rektor deyib ki, burada London Universiteti London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramı, həmçinin Fransanın Montpelyer, Litvanın Nikolos Romeyros universitetləri ilə ikili diplom proqramları həyata keçirilir.

Valenciennes Universitetinin prezidenti, professor A.Artiba isə rəhbərlik etdiyi ali məktəbin tədris proqramları barədə məlumat verib. O, universitetdə əsasən texnoloji istiqamətdə tələbə hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb. Qonaq UNEC-lə tanışlıqdan məmnun olduğunu bildirib. "UNEC çox yaxşı universitetdir" deyən A.Artiba birgə əməkdaşlığın hər iki təhsil müəssisəsində elm və təhsil səviyyəsinin yaxşılaşdırılmasına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, görüşdə hər iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Sonra əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, universitetlər birgə elmi tədqiqatlar aparacaq, elmi tədbirlər təşkil edəcək, elmi nəşrlər hazırlayacaqlar. Eyni zamanda, kadr mübadiləsi, xüsusilə də müəllim mübadiləsi həyata keçiriləcək. Mübadilə çərçivəsində müəllimlərin universitet nəzdində tədqiqat aparmasına da şərait yaradılacaq. Sənəd eyni zamanda bakalavr, magistr və doktorantların mübadiləsini də nəzərdə tutur.

Xəbər lenti
0