Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert neftin qiymətinin qalxacağını deyir

© Sputnik / Murad OrujovNeft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Abunə olmaq
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, neftin qiymətinin dəyişməsi Azərbaycanın gəlirlərinə çox böyük təsir edir

İlham Şaban: “Neftin qiyməti 50 dollara qədər yüksələcək”
Neftin bir dollar ucuzlaşması gündəlik gəlirlərin 700 min dollar azalması deməkdir. Bunu Sputnik Azərbaycana açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. “Azərbaycanın ümumi ixracatında neftdən və neft məhsullarından asılılıq böyükdür. Baxmayaraq ki, qeyri-neft sektoruna dövlət dəstəyi var, onun stimullaşdırılması üçün işlər görülür, bununla belə neftin ixracatda payı çox böyükdür”.

“Dünya bazarında neftin qiymətinin dəyişməsi Azərbaycanın gəlirlərinə çox böyük təsir edir. Ümumi proqnoz budur ki, oktyabrdan neftin qiymətində yenidən artım olacaq. Neftin qiyməti 50 dollara qədər yüksələcək” – deyə o bildirib.

Xəbər lenti
0