BAKI, 30 iyun — Sputnik. Almaniyada eynicinsli nikahlara icazə verilib. Sputnik Azərbaycan "Telegraph"-a istinadən xəbər verir ki, sözügedən qərar bu gün Almaniya parlamentinin iclasında qəbul olunub.
Mavilərin bir-birləri ilə evlənməsini nəzərdə tutan qanun layihəsi Sosial Demokratlar və “Yaşıllar” tərəfindən irəli sürülüb. Layihənin lehinə 393, əleyhinə 226 nəfər səs verib, 4 nəfər isə səs verməkdən imtina edib.