Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yüksək surət yenə də qəzaya səbəb oldu

© Sputnik / Murad OrujovАвтомобиль дорожно-патрульной службы в Баку, фото из архива
Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şahidlərin sözlərinə görə, qəzada xəsarət alan olsa da, ölən olmayıb

BAKI, 29 iyun — Sputnik. Bu gün səhər saatlarında Heydər Əliyev prospektindəki "Günəş" şadlıq sarayının qarşısında avtomobil qəzası baş verib.

Hadisə şahidi Sərxan Babayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, əks istiqamətdən gələn Mercedes markalı avtomobili başqa bir avtomobil arxadan vuraraq əks yola çıxarıb: "Mən öz avtomobilimlə Heydər Əliyev prospektində üzü şəhər istiqamətində hərəkət edirdim. Əks istiqamətdən hərəkət edən avtomobili digər avtomobil arxadan vuraraq sürüyə — sürüyə səddən aşıraraq bizim yola saldı. Əgər mən 5-6 saniyə gec keçsəydim, hər ikisi mənim üzərimə aşacaqdı. Yolu normal 60 km/saat surətlə hərəkət edirdik, dayana bilməzdim, əks halda arxadakı avtomobil məni arxadan vura bilərdi".

Xatırladaq ki, bu gün səhər 9.30 radələrində "Günəş" şadlıq sarayının qarşısında baş verən qəzada "Hyundai" markalı avtomobil "Mercedes"lə toqquşub. Qəza zamanı daha iki avtomobilə ciddi zərər dəyib. Şahidlərin sözlərinə görə, qəzada xəsarət alan olsa da, ölən olmayıb. Hadisəyə avtomobillərin yüksək surətlə idarə edilməsi səbəb olub.

Xəbər lenti
0