BAKI, 29 iyun — Sputnik. Bu gün Mərkəzi Bankda (MB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. MB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7021 səviyyəsində formalaşıb.
Qeyd edək ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7022 manat olub.