Prezidentinin Administrasiyasına edilən şikayət təsdiqini tapmayıb

CC0 / bertvthul / лесГорные леса Кавказа, Азербайджан, Шеки
Горные леса Кавказа, Азербайджан, Шеки - Sputnik Azərbaycan
Abunə olmaq
Şikayətdə adı keçən şəxs onun adından ünvanlanmış müraciətdən xəbərsiz olduğunu deyib

BAKI, 29 iyun — Sputnik. Lənkəran rayonu Diryan kənd sakini Təranə Xankişiyeva Hirkan Milli Parkındakı qanun pozuntuları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq yerində araşdırma aparılıb.

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak edib - Sputnik Azərbaycan
İlham Əliyev ağac əkdi

Bu barədə Sputnik Azərbaycan-a ETSN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, araşdırma zamanı T. Xankişiyeva onun adından ünvanlanmış müraciətdən xəbərsiz olduğunu, Milli Parkın ərazisində ağacların kəsilməsi və digər qanun pozuntuları barədə məlumatının olmadığını bildirib.

Buna baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən şikayət ərizəsində qeyd olunan Hirkan Milli Parkının Diryan meşəbəyliyinin 3 saylı dolayının ərazisinə baxış keçirilib. Baxış zamanı ərazidə ağac kəsilməsi faktı aşkar edilməyib.

Xəbər lenti
0