Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan kulinariyasında onun 20-ə yaxın növü var

Abunə olmaq
Dolma qədim türk sözü olub, mənaca “dolmaq” felindən götürülüb. Bəzi regionlarda buna “sarma” da deyirlər.

Ümumiyyətlə, dünyada dolmanın 30-a yaxın növü var. Azərbaycan kulinariyasında isə 20-ə yaxın dolma növü var. Bunlardan biri də yalançı dolmadır. Haqqında danışdığımız dolmanı digərlərindən fərqləndirən ən başlıca cəhət isə onun ətsiz bişirilməsidir.

Sözügedən dolmanın bişirilmə qaydaları haqda Zülfiyyə İsmayılova məlumat verir.

Yalançı dolmanın tərkibinə daxildir:

— Soğan
— Müxtəlif göyərtilər: keşniş, şüyüd, ispanaq, kəvər, nanə
— Quyruq (quyruğu qaymaqla da əvəz etmək olar)
— Kərə yağı
— Düyü
— Qoz ləpəsi
— Tənək yarpağı
— Zövqə görə duz və istiot

Qeyd edək ki, bizim ermənilərlə olan Qarabağ davamızın fonunda çox kiçik görünsə də dolma mübahisəsi illərdir davam edir. Düşmən millət yeri gəldi-gəlmədi, ildə 7-8 dəfə dolma festivalı keçirməklə, bunu öz milli yeməkləri kimi təqdim etməklə yersiz mübahisələrə səbəb olurlar.

Xəbər lenti
0