BAKI, 29 iyun — Sputnik. Qətərin Müdafiə naziri Xalid bin Muhammed Əl Atiyyə sabah Türkiyəyə səfər edəcək. Sputnik Türkiyə xəbər verir ki, nazirin səfər haqda qərarı anidir və öncədən planlanmayıb. Analitiklər hesab edir ki, ərəb nazirin sabahki səfəri bölgədə ciddi proseslər yaşana biləcəyinə işarədir. Əl Atiyyənin sabah Türkiyənin müdafiə naziri Fikri İşıkla görüşəcəyi bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı liderliyində bəzi ərəb ölkələri Qətərdən ölkəsindəki türk hərbi bazasını bağlamağı tələb etmişdi. Rəsmi Doha isə bu təkliflə razılaşmayıb.