Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ələt-Astara yolu qana boyandı

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cəsədləri FHN əməkdaşları çətinliklə avtomobildən çıxarıblar

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Masallı rayonunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində dəhşətli avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, 37 yaşlı Beyləqan rayon sakini Mehdi Hüseynovun idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə, Masallı rayon Xıl kənd sakini, 29 yaşlı Elmin Bayramovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili toqquşub.

Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Qubada ağır qəza: sürücü hadisə yerində öldü

Qəza nəticəsində Elmin Bayramov və anası, 51 yaşlı Rehanə Bayramova hadisə yerində həlak olub. Onların avtomobildə sıxılmış cəsədləri Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən çıxarılıb.

"VAZ-2106"-nın digər sərnişini Mahir Bayramov, həmçinin "Mercedes" markalı yük vatomobilinin sürücüsü Mehdi Hüseynov və sərnişini müxətlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan Mahir Bayramovun vəziyyətinin ağır olduğu bildirilir. Hazırda baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0