Məlahət Mürşüdlü: “Bu dərs deyən pedaqoji heyətin məsuliyyətini artırır”
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycana deyir ki, bu, çoxdan gözlənilən bir məsələ idi: “Artıq bir neçə ildir ki, hər iki universitet tam olmasa da, özünü maliyyələşdirmə sisteminə keçmişdi. Düşünürəm ki, verilən sərəncamla bunun hüquqi əsası daha da möhkəmləndirildi”.
“Bununla universitetlərin özlərini maliyyələşdirib, elmi tədqiqat işlərinə daha çox maliyyə ayırmalarına imkan yaranacaq. Digər tərəfdən bu, dərs deyən müəllimlərin, pedaqoji heyətin məsuliyyətini artırır. Artıq professor və müəllim heyəti işə daha məsuliyyətlə yanaşacaq” – deyə o bildirib.