BAKI, 29 iyun — Sputnik. Birləşmiş Ştatların Baş Qərargah rəisi Cozef Danford Əfqanıstana gedib.
Sputnik Azərbaycan “Haberler”ə istinadən xəbər verir ki, Danford əvvəlcə amerikalı əsgərlərlə görüşəcək, daha sonra Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə ikitərəfli danışıqlar aparacaq.
Görüşdə Əfqanıstandakı təhlükəsizlik və ABŞ-ın yeni Əfqanıstan strategiyası müzakirə olunacaq.