Ərdoğandan daha bir hərbi əməliyyat müjdəsi

© AP Photo / Mursel CobanТанк ВС Турции в деревне Эсме в провинции Алеппо, Сирия, фото из архива
Танк ВС Турции в деревне Эсме в провинции Алеппо, Сирия, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: “Türkiyə Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırdır”

BAKI, 28 iyun — Sputnik. “Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırıq”. APA-nın xəbərinə görə, bunu Rusiyanın “İzvestiya” nəşrinə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.   

“Hazırda Suriyada mənfi proseslər baş verməkdədir. Əgər bu Türkiyənin sərhədlərinə təhlükə yaradacaqsa, biz “Fərat qalxanı” əməliyyatı zamanı olduğu kimi reaksiya verəcəyik” — deyə  prezident qeyd edib.

Ərdoğan əlavə edib ki, Ankara bundan əvvəl Mənbic və Raqqa şəhərlərini terrorçulardan azad etməyi təklif etmişdi, lakin qərb tərəfdaşlar kürd terror qruplaşmalarını dəstəkləməyə üstünlük veriblər. 

Xəbər lenti
0