ELM

Azərbaycan tarixi üstündə qarşıdurma yaşanır

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidKitab oxumaq
Kitab oxumaq - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni dərsliklərə dair mövqelər haçalanır: razılar da var, narazılar da

BAKI, 27 iyun — Sputnik. Etiraf edək ki, Azərbaycan məktəblərində tədris olunan bir çox dərsliklərdə ciddi nöqsanlar var. Bir çox hallarda, əsasən şagird və müəllimlərin rast gəldiyi səhvlərin üzərindən sükutla keçilir. Bu dəfə isə məsələ tarixçi-alim səviyyəsində gündəmə gətirilib.

Heydər Əliyev - Sputnik Azərbaycan
Azərbaycan tarixini yaradan adam

Tarixçi-alim Leyla Hüseynova 10-cu sinif "Azərbaycan tarixi" dərslik layihəsinin plagiat olduğunu və dərslik layihəsində ciddi elmi səhvə yol verildiyini bildirib. Onun sözlərinə görə, bu kitabda böyük elmi səhvlər var: "Kitab şagirdləri bir-birinə zidd iki elmi fakt qarşısında qoyacaq. Bütün tarix müəllimlərinə məlumdur ki, uzun illər köhnə dərsliklərdə Aratta dövlət qurumu kimi verildiyi halda, mövzu 2013-cü ildə çap olunmuş 6-cı sinif "Azərbaycan tarixi" dərsliyindən çıxarılıb. Çünki bu mövzu ətrafında müxtəlif fikirlər formalaşıb, Aratta qurumunun dərsliklərə salınmaması doğru hesab edilib. Lakin layihə müəllifləri bu mövzunu yenidən proqrama salıblar".

Lakin Leyla Hüseynovanın fikri ilə heç də hamı razı deyil. 10-cu sinif "Azərbaycan tarixi" dərsliyinin müəlliflərindən olan Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında ittihama cavab olaraq bildirib ki, uzun müddətdir tarix, elm, təhsil sahəsində olsa da, 10-cu siniflər üçün "Azərbaycan tarixi" dərslik layihəsinin xeyli hissəsinin materialların oğurluq (plagiat) olması haqqında, adlarını və fəaliyyətini görüb-eşitmədiyi bəzi tarixçilərin iradlarına rast gəlir.

"Öncəliklə o tarixdən xəbəri olmayanların nəzərinə çatdırmaq istəyirəm ki, dərslik layihəsinin xeyli hissəsində yox, cəmi bir neçə paraqrafda müəyyən uyğunluqlar var. Bu uyğunluqların da əsas səbəbi istifadə edilmiş tarixşünaslıq materiallarının eyni mənbədən götürülməsidir. 2001-ci ildə nəşr olunan Azərbaycan tarixi dərsliyindən fərqli olaraq, hazırkı layihədə istifadə edilən mənbələr, əsərlər göstərilib" — Əsədov bildirib.

O, qeyd edib ki, son 15-20 il ərzində Azərbaycan məktəblərində tədris olunan "Ümumi tarix" dərsliklərindəki materialların mühüm bir hissəsi keçmiş sovet dərsliklərindən (Korovkin, Agibalova və b. müəlliflərin kitabları) köçürülmədir: "Həmin dərsliklərin müəllifləri nəşr etdirdikləri kitablarda bu elmi əsərlərin adını belə, göstərməyib, rus-sovet alimlərinin fikirlərini oğurlayıb, öz beyinlərinin məhsulu kimi təqdim ediblər. Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə ekspertlərin tövsiyələrindən fərqli olaraq, saytlarda həmmüəllifi olduğum dərslik layihəsi müəlliflərinə iradlar tutulsa da, hazırki layihəyə yardım edəcək ciddi təkliflər verilməyib. Əksinə, dərslik layihəsi hər vəchlə aşağılanıb, beləliklə nəinki müəlliflərin, eyni zamanda onu qiymətləndirən TN ekspertlərinin, TQDK-nın (indiki DİM) əməkdaşlarının zəhməti, yumşaq desək, şübhə altına alınıb".

Здание Национальной Академии Наук Азербайджана в Баку - Sputnik Azərbaycan
ELM
Tarixçilər prezidentə müraciət etdilər

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ən ideal tarix dərsliyi olsa belə, indiki şərtlərdə yenə plagiat olacaq: "Çünki biz hal-hazırda tarixi faktların hansının önə çəkilməsini, hansı tarixi ardıcıllıqla verməli olduğumuzu özümüz də bilmirik".

"Dərsliyə gəlincə, dərslik necə olmalıdır? Təbii ki, müəyyən mənbələrə əsaslanan faktlar əsasında olmalıdır. Bu mənbələr hər dəfə qeyd ediləndə kitabı oxuyan şagird üçün yorucu olur. Dərslik elmi əsər deyil ki, istinadlar yazılsın. Deməli, dərsliyin bu şərtlərlə yazılması normal haldır" – deyə millət vəkili əlavə edib.

Deputat əlavə edib ki, bundan əvvəlki tarix dərsliyi kitablarında daha çox tarixi səhvlər vardı: "Bu gün dərslik kitabını bəyənməmək tarixi faktlara görə deyil. Sadəcə, illərdir təhsil dərsliklərinin yazılması monopoliyanı ələ keçirmiş insanlar tərəfindən həyata keçirilirdi. İndi ilk dəfə olaraq müəyyən dərəcədə ictimai müzakirədən və ekspertlərin yoxlamasından keçərək tamamilə başqa düşüncəyə sahib olan insanların hazırladığı dərsliklər yaranır".

"Bu gün bu kampaniyanın aparılmasının bir səbəbi də odur ki, monopoliya dağılıb, yeni simalar üzə çıxıb. Bəziləri illərlə əlində saxladıqları bu biznesi itirdikləri üçün təhriflər axtarıb yeni dərslikləri pisləməyə başlayırlar. Yəni, "biz sizdən yaxşı yazırdıq, siz daha pis yazırsınız" mesajını verirlər" – Fazil Mustafa qeyd edib.

Onun sözlərinə görə. bundan əvvəlki dərslikdə onlarla, yüzlərlə təhrif göstərmək olar: "Deməli, ortaya bir məsələ çıxır. Bizdə ümumi metodika yanlışdır. Tarixə baxış fəlsəfəsi yanlışdır. Biz Azərbaycan tarixinə necə yanaşdığımızı doğru müəyyən edə bilmirik. Dərsliklərin düzgün yazılması üçün öncə bunu müəyyən etməliyik. Daha sonra konkret olaraq təhrif nədən ibarətdir, onları bildirmək lazımdır ki, gələcəkdə bu səhvlər olmasın. Bu məsələdə bitərəfəm. Sadəcə onu bilirəm ki, bu məsələ dərslikdə elmi səhvləri düzəltmək yox, niyə o dərsliyi mən yox, başqası yazıb məsələsidir".

Tarixçi Məcid Mehrani isə məktəb dərsliklərindən narazı olduğunu bildirib: "10-cu sinif tarix kitabında çox səhvlər var. Ümumiyyətlə, bütün siniflər üçün nəzərdə tutulan tarix dərslərində anlaşılmamazlıqlar çoxdur".

"Hətta aşağı sinif tarix dərsliyi ilə yuxarı sinif tarix dərsliyində tarixi faktlar üst-üstə düşmür. Ona görə də, dərsliklər yazılarkən məktəblərdə çalışan tarix müəllimlərinin də fikirləri nəzərə alınmalıdır. Çünki bu sahədəki səhvləri onlar daha yaxşı bilirlər. Müəllimlərin iştirakı olmadan yazılanda, o nöqsanlar bilinmir və yenə də eyni səhvlər olur" — Mehrani vurğulayıb.

Xəbər lenti
0