Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Əl-Qaidə”nin güclənməsinə sevinmək lazım deyil”

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, terroru dəstəkləyən qüvvələr onları maliyyələşdirməsə, onlar güclənməyəcəklər

Fikrət Sadıxov: “Əl-Qaidənin güclənməsi müsbət heçnə vəd etmir”
Avropa Birliyinin polis təşkilatı Evropol Əl-Qaidənin güclənməsi haqqında məlumat yayıb.  

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycana deyir ki, İŞİD-in zəifləyib, “Əl-Qaidə”nin güclənməsinin sevindirici hal olduğunu düşünmür: “Bilmirəm bundan sonra “Əl-Qaidə”nin güclənməsi nə dərəcədə olacaq. “Əl-Qaidə”nin güclənməsi müsbət heç nə vəd etmir. O da məlumdur ki, İŞİD hələ kifayət qədər güclüdür. Bunların hər ikisi terror təşkilatıdır”.

“O da məlumdur ki, bütün bu terror aktlarının arxasında müəyyən qüvvələr dayanır. Əgər terroru dəstəkləyən qüvvələr onları maliyyələşdirməsə, silahlandırmasa, öz maraqları çərçivəsində onlarla müxtəlif oyunlar qurmasalar, onlar güclənməyəcəklər” – deyə o bildirib.

Xəbər lenti
0