BAKI, 28 iyun — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Brüsselə (Belçika Krallığı) yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, general Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak edəcək.