CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Cəhənnəm" istiləri davam edəcək

© Sputnik / Murad OrujovПриморский парк в Баку
Приморский парк в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturunun gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacağı gözlənilir

BAKI, 28 iyun — Sputnik. İyunun 29-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

ETSN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturunun gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz  55-65 %  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz  33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz  19-24° isti olacağı gözlənilir. 

İyunun 29-30-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti
0