BAKI, 28 iyun — Sputnik. Yay aylarında bədən daha çox maye itirir. Bu vəziyyət qan təzyiqinin düşməsinə və ürəyin daha sürətli döyünməsinə səbəb olur. Buna görə də isti havalarda ürəyinizi qorumağa çalışın.
Sputnik Azərbaycan türk mətbuatına istinadən xəbər verir ki, ürək çatışmazlığı olan xəstələr yay aylarında özlərini istidən qorumalıdır.
Türkiyəli kardioloq Taner Yavuzun sözlərinə görə, yay aylarında ürəyin iş yükü artdığı üçün ürək xəstələrində sinə ağrısı müşahidə edilər bilər. Körpə və azyaşlı uşaqlarda tər vəziləri böyüklərdən daha az olduğu üçün istidən tez təsirlənirlər. Uşaqlara mütəmadi su içirmək və nazik geyindirmək lazımdır.
Uşaqlarınızı istidən qorumaq üçün 6 aydan kiçik uşaqlar birbaşa günəş şüaları altında saxlanmamalıdır. Unutmamalıyıq ki, uşaqların dərilərində günəşdən qoruyan melanin piqmenti çox azdır.
Daha böyük uşaqlar da günəş şualarından qorunmalıdır. Xüsusilə saat 10.00-17.00 aralarında uşaqlar həyətə buraxılmamalıdır.
Günəş şualarından qoruyan kremlərdən istifadə etmək lazımdır.
Uşağınızın geyimləri bədən və ayaqlarını, günəş papaqları isə başını və ənsəsini örtməlidir.