BAKI, 28 iyun — Sputnik. Azərbaycan ərazisində zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəlzələ bu gün saat 09:41-də Lənkərandan 26 km şimal-qərbdə — Masallıda qeydə alınıb.
Maqnitudası 3.0 olan, 24 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.