BAKI, 27 iyun — Sputnik. Yay aylarında toyuq və toyuq məhsulları yemək sağlamlıq üçün təhlükəlidir. Sputnik Azərbaycan türk mətbuatına istinadən xəbər verir ki, isti havalarda toyuq və toyuq məhsullarında salmonella virusu daha tez yaranır. Bu isə ağır qida zəhərlənməsəinə səbəb ola bilər. Zəhərlənən insanlarda ishal, qusma, ürəkbulanma müşahidə edilir.
Salmonella birbaşa qida zəhərlənməsinə səbəb olan bakteriyadır. Zəhərlənmə xəstənin bədən müqavimətindən asılı olaraq ölümə belə yol aça bilər.
Mütəxəssislərin fikrincə, qida zəhərlənmələri qidadan onun saxlanma şəraitindən, bişirilmə şəklindən, gigiyena qaydalarına riayət edilib-edilməməsindən çox asılıdır. Məsələn toyuq əti yeməyənlər belə, salmonella virusundan zəhərlənə bilərlər. Bu vəziyyət ev, kafe və digər yerlərdə bəzi qaydalara əməl edilmədiyində baş verir. Salmonella çox surətlə yayılan və artan bakteriyadır.
Xüsusilə yay aylarında diqqətli olmaq lazımdır. Əti kəsdikdən sonra həmin bıçaqla meyvə-tərəvəz doğranmamalıdır. Əgər gigiyena qaydaları pozularsa bişmiş qidadan belə zəhərlənmə baş verə bilər.