CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ehtiyatınızı əldən verməyin: hava xəbərdarlığı

© Sputnik / Murad OrujovВетроуказатель, фото из архива
Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir

BAKI, 27 iyun — Sputnik. İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, havanın temperaturunun gecə 20-23° isti, gündüz  29-34° isti, Bakıda gecə  20-22° isti, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz  22-27° isti olacaq.  

Xəbər lenti
0