BAKI, 27 iyun — Sputnik. 1924–cü il iyunun 24-də görkəmli aktyor, xalq artisti Məlik Dadaşov (1924-1996) Bakıda anadan olub.
Uzun illər Milli Dram Teatrında fəaliyyət göstərib, səhnədə və televiziya tamaşalarında bir çox rolları ilə yaddaşlarda qalıb.
Azərbaycan kinosunda bir sıra unudulmaz obrazlar (“Dəli Kür” (Molla Sadıq), “Ulduzlar sönmür” (General Mehmandarov), “26 Bakı komissarı” (Əzizbəyov), “Birisi gün gecə yarısı” (Nəriman Nərimanov), “Axırıncı aşırım” (Qəmlo), “O dünyadan salam” (Şeyx Nəsrulla), “Fəryad” (Aram Xaçaturyan) və s.) yaradıb.
Məlik Dadaşov Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1996-cı il dekabrın 3-də vəfat edib.