CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: “Həbsdən azad olan insanlara dəyər vermək lazımdır”

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Fazil Mustafa deyir ki, bu sahədə vətəndaş təşəbbüslərinin olması vacibdir

Fazil Mustafa: “Kriminal əhval-ruhiyyədə insanların çoxalması cəmiyyət üçün ümumi narahatçılıq yaradacaq”
"Sosial reabilitasiya həbsxanalardan azadlığa çıxan insanların cəmiyyət həyatına inteqrasiyası üçün çox vacib bir sistemdir". Bunu Sputnik Azərbaycana açıqlamasında millət vəkili Fazil Mustafa deyib: “Hər bir dövlət maraqlıdır ki, elə insanlar yenidən məhkumluq həyatına qayıtmasınlar, cəmiyyətə adaptasiya olaraq onun faydalı ünsürlərinə çevrilsinlər. Təəssüf ki, bizdə bu sahədə qanunvericilik bazası olsa da onun işlək mexanizmləri zəifdir”.

“Bir çox hallarda həbsdən çıxan insanların öz ailəsinə qəsd etməsi, ailəsi ilə ayrılması və yaxud da iş tapmaması ucbatından yenidən həbsxanaya qayıtmasını müşahidə edirik. Ona görə də vətəndaş təşəbbüslərinin olması vacibdir ki, bu məsələdə əl çatan səviyyədə insanlara yardım göstərilsin. Həmçinin digər qurumların bu sahədə fəallığını artırmasına ehtiyac var. Bu insanlara dəyər vermək lazımdır. Cəmiyyətdə kriminal əhval-ruhiyyədə insanların çoxalması cəmiyyət üçün ümumi narahatçılıq yaradacaq” — deyə o bildirib.

Xəbər lenti
0