ABŞ: Qətərin 4 ərəb ölkəsinin tələblərini qarşılaması çətindir

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidЗарубежные страны. Катар
Зарубежные страны. Катар - Sputnik Azərbaycan
Abunə olmaq
Dörd ərəb ölkəsi Qətəri terroru dəstəkləməkdə günahlandırır, Qətər isə bunu rədd edir

BAKI, 27 iyun — Sputnik. ABŞ-ın dövlət katibi Reks Tillerson dörd ərəb ölkəsinin embarqonu qaldırması üçün Qətərdən tələb etdiyi bəzi şərtlərin həyata keçirilməsinin çətin olduğunu bildirib.

Sputnik Azərbaycan “Milliyet”ə istinadla xəbər verir ki, ancaq Tillerson tələblərin böhranın həlli ilə bağlı dialoq üçün bir təməl təşkil etdiyini vurğulayıb.

Qətərin xarici işlər naziri əvvəlki gün Səudiyyə Ərəbistanı və müttəfiqləri Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin tələb etdiyi 13 şərti rədd etmişdi.

Dörd ərəb ölkəsi Qətəri terroru dəstəkləməkdə günahlandırır, Qətər isə bunu rədd edir. 

İstanbulda Qətərə dəstək mitinqi, 7 iyun 2017-ci il - Sputnik Azərbaycan
“Qətər ətrafında baş verən hadisələrdə əsas hədəf Türkiyədir”

Qətər iki həftədən çoxdur ki, daha əvvəl görülməmiş diplomatik və iqtisadi sanksiyalarla qarşı-qarşıyadır. Ölkəyə qida və digər istehlak maddələri Türkiyə və İran tərəfindən təmin edilir.

Dörd ərəb ölkəsi ayrıca Qətərin İranla əlaqələrini azaltması və ölkədəki Türkiyə hərbi bazasının bağlanmasını tələb edir. Keçən Cümə günü açıqlanan tələblərin qarşılanması üçün 10 gün müddət verilmişdi.

Ərəb ölkələri Əl-Cəzirə televiziyasının da bağlanılmasını istəyir.

Tillerson Qətər rəhbərliyinin tələbləri qiymətləndirdiyini və "Problemin həllinə dair dialoq üçün təməl təşkil edən əhəmiyyətli sahələr var" deyib.

Xəbər lenti
0