Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Üç maşın toqquşdu: xəsarət alanlar var

© Photo : APAYol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli
Yol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Qazax magistralında iki yük maşını və minik avtomobili toqquşub, xəsarət alanlar var

BAKI, 27 iyun — Sputnik. Bakı-Qazax magistralının 72-ci kilometrliyində iki yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, iki yük maşını “Audi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik maşını yararsız vəziyyətə düşüb. Həmin maşında olan kişi və uşaq ağır xəsarət alıb. Kişinin ayağının sındığı bildirilir.

Əraziyə “Təcili yardım” maşını və yol polisinin əməkdaşları gəlib.

Hələ ki, yaralıların şəxsiyyəti müəyyənləşdirilməyib.

Xəbər lenti
0