BAKI, 26 iyun — Sputnik. Kolumbiyanın Quatape şəhəri yaxınlığında turist gəmisinin batması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
APA-nın verdiyi xəbərə görə, bundan əvvəl 3 nəfərin öldüyü, 30 nəfərin itkin düşdüyü bildirilirdi.
“Qəza nəticəsində 9 nəfər ölüb, 28 nəfər itkin düşmüş hesab edilir” — deyə Medelyin şəhərinin fövqəladə hallar departamentinin direktoru Marqarita Monkada qeyd edib.
İlkin ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi səbəb olub. Həmçinin göyərtəsində 150 sərnişin olan gəmidə xilasedici jiletlər olmayıb.