BAKI, 25 iyun — Sputnik. 1987-ci il iyunun 25-də Sov.İKP MK-nın plenumu “yenidənqurma” (“perestroyka”) haqqında qərar qəbul edib.
Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə edib. Sovet İttifaqında (o cümlədən Azərbaycanda) söz azadlığı, aşkarlıq, milli hərəkatlar prosesi başlanıb.
“Yenidənqurma” siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələnib.