Psixoloq Vəfa Əkbər Sputnik Azərbaycana deyir ki, sonuncu dəfə Azərbaycanda boşanmaların statistikası açıqlananda hər kəs bunu fəlakət kimi qəbul elədi: “Fəlakət ailələrin boşanması deyil, belə ailələrin qurulmasıdır. Əgər ailələr vaxtında boşanmasalar gələcəkdə iki tərəfdən biri gərginləşib zor tətbiq edəcək. Əksərən zorakılıq hallarının qurbanı qadınlar olur”.
“Əsas səbəblərdən biri odur ki, insanlar bir-birini tanımadan, sevmədən, dünyagörüşünü, dəyərlər sistemini bilmədən evlənirlər. İki püxtələşməmiş gənc ailələri tərəfindən evləndirildikdə artıq belə ailələrin sonu olmur. Belə ailələrin qurulması yanlışdır. Diplomatik ailələr qurulmamalıdır. Bu kimi fikirlər sağlam təfəkkürlü valideynlər də olsa onların övladları heç zaman boşanmaz, səhv seçim etməzlər” – deyə o bildirib.