İki qadına 89 min manat "atdılar"

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
Birgə iş qurmağı vəd etsələr də, buna əməl etməyiblər və pulları mənimsəyiblər

BAKI, 25 iyun — Sputnik. Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Sputnik Azərbaycan lent.az-a istinadla xəbər verir ki, Nizami rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı Səlminaz Rəcəbzadə keçən ilin noyabrında tanışı Eldar adlı şəxsə 40 min manat verdiyini bildirib. Lakin birgə iş qurmağı vəd etsə də, həmin şəxs buna əməl etməyib və pulları mənimsəyib.

Araşdırmalar zamanı məlum olub ki, qadının haqqında bəhs etdiyi şəxs 1961-ci il təvəllüdlü Eldar Usmanovdur.

Bundan başqa Pərinisə Cəfərova adlı qadın da oxşar məsələ ilə bağlı polisə müraciət edib. O, bildirib ki, 2011-ci ildə tanışı Mirsaleh Sarıyevlə iş qurmaq qərarına gəlib və bu məqsədlə həmin şəxsə 49 min manat verib. Lakin M.Sarıyev verdiyi vədə əməl etməyib və pulları geri qaytarmaqdan da imtina edib.

Hər iki müraciət əsasında araşdırmalar davam etdirilir.

Xəbər lenti
0