BAKI, 24 iyun — Sputnik. Misir prezidenti Əbdül Fəttah əl Sisi Ramazan bayramı ilə əlaqədar 500-dən çox məhbusun əfv olunması barədə fərman imzalayıb.
Modern.az-ın məlumatına görə, əfv olunanların böyük əksəriyyəti icazəsiz mitinqlərdə iştiraka görə həbs olunan şəxslərdir.
Qeyd edək ki, ötən il də Misir prezidenti Ramazan bayramı ilə əlaqədar 300-dən çox məhbusu əfv etmişdi.