Qətərin son addımı müharibəyə səbəb ola bilər

© REUTERS / Naseem ZeitoonГород Доха, фото из архива
Город Доха, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qətər XİN rəhbəri: “Qarşımıza qoyulan tələblər qeyri-realdır”

BAKI, 24 iyun — Sputnik. Bir sıra dövlətlər tərəfindən qarşımıza qoyulan tələblər qeyri-realdır.

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni bəyan edib.

“Bizə qarşı tətbiq edilən sanksiyalar qeyri-qanunidir” — deyə nazir əlavə edib.  

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb.

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.

Xəbər lenti
0