BAKI, 24 iyun — Sputnik. Pakistanda törədilən üç terror aktı nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bundan terror aktları nəticəsində 73 nəfərin öldüyü bildirilib.
Qeyd edək ki, Paraçinar şəhərində törədilən partlayışlar nəticəsində 67 nəfər dünyasını dəyişib.
Həmin gün Belucistanın Kvetta şəhərində avtomobilin partladılması nəticəsində 14 nəfər dünyasını dəyişib.
Karaçi şəhərində isə silahlı insident nəticəsində 4 asayiş keşikçisi ölüb.