BAKI, 24 iyun — Sputnik. Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktının qarşısını alıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının daxili işlər naziri bəyan edib.
Onun sözlərinə görə terrorçu-kamikadze “Əl-Haram” məscidində partlayış törətməyi planlaşdırıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçunun olduğu binanı mühasirəyə aldıqda, o özünü partladıb. Partlayış nəticəsində 11 nəfər yaralanıb.
Hadisə ilə əlaqədar biri qadın olmaqla, 5 nəfər saxlanılıb.