Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü leysan nəticəsində 100-dən çox ev suyun altında qaldı

© Sputnik / Ilham MustafayevMingəçevir şəhərində leysan ağır fəsadlar törədib
Mingəçevir şəhərində leysan ağır fəsadlar törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Mingəçevir şəhərində gecə saatlarında güclü küləklə müşayiət olunan leysan fərdi təsərrüfatlara böyük ziyan vurub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Mingəçevir şəhərində dünən gecə saat 12 radələrində güclü küləklə müşayiət olunan leysan ağır fəsadlar törədib.  Günəşli massivində yüzdən çox fərdi yaşayış evini su basıb, sakinlərin əkin sahələrinə ziyan dəyib və xeyli sayda ev quşları tələf olub. Sakinlərin evi, həyəti su, lil və palçıqla dolub, küçələr keçilməz hala düşüb. Sel suları daha çox adıçəkilən massivin 13, 14, 15-ci küçələrini keçilməz edib. Sakinlər bu halla hər il üzləşdiklərini, buna səbəb isə massivdən keçən Yevlax rayonunun Havarlı kəndini su ilə təmin edən kanalın çəkilişində yol verilən texniki nöqsanlarla əlaqələndiriblər.

© Sputnik / Ilham MustafayevMingəçevir şəhərində leysan ağır fəsadlar törədib
Mingəçevir şəhərində leysan ağır fəsadlar törədib - Sputnik Azərbaycan
1/4
Mingəçevir şəhərində leysan ağır fəsadlar törədib

2/4

3/4

4/4

Leysan yağış nəticəsində sel suları Şəhla Cəfərzadənin yaşayış evini yararsız hala salıb. Təhlükəli evdə yaşamaq mümkünsüz olduğundan ev sahibi övladları ilə birgə çöldə qaldığını deyir: 

”Qonşuların köməyi ilə 3 uşaqla gecənin yarısı çölə töküldük. Lakin küçələrimiz seldən-palçıqdan keçilməz olduğuna görə getməyə yer tapmırdıq. Gecəni bir təhər evinə az ziyan dəyən qonşuda keçirdik. Amma bu gün 1 xəstə oğlan uşağı və 2 qız uşağı ilə çöldə qalmışam. FHN-dən gəlib yaşadığımız mənzilə baxdılar. Bizə bildirdilər ki, eviniz qəzalı vəziyyətdədir və evə girmək qadağan olundu. İndi bilmirəm neyləyim. Aidiyyatı qurumlardan kömək istəyirəm".

Digər sakin Zakirov Tahir isə hər il bu fəlakətlə üzləşdiklərini deyir: "Səhər evdən çıxıb işə gedə bilmədik. Evin zirzəmisi, həyətyanı sahəmiz tamamilə bərbad vəziyyətə düşüb. Bu hər il biz sakinlərin başına gəlir. Dəfələrlə aidiyyatı qurumlara demişik, amma nəticəsi olmayıb".

Xəbər lenti
0