İlk bayrağımızın qəbul edilməsi

Müstəqil Azərbaycanın ilk bayrağı
Müstəqil Azərbaycanın ilk bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib

BAKI, 24 iyun — Sputnik. 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib.

Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib.

Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin 9 noyabrında qəbul edildi.

Xəbər lenti
0