BAKI, 24 iyun — Sputnik. Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Əmirbəyov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilib.
Bu barədə Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən məlumat verir.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilsin".
Elçin Əmirbəyov iyunun 23-də Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında səfiri vəzifəsindən azad olunub.