CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teoloq: “Orucluğa müxtəlif yanaşma tərzləri var”

© Sputnik / Kamilla AliyevaTeoloq Hacı Adil Hüseynov
Teoloq Hacı Adil Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Teoloq Hacı Adil Hüseynov deyir ki, təqva sahibi olmaq üçün orucluq ən mühüm vasitələrdən biridir

Adil Hüseynov: “Biz yığdığımız pulları Allah yolunda verməyi də bacarmalıyıq”
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada “on bir ayın sultanı” da adlandırırlar. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilib. Bu ay insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütüb bunlar oruc tutmaqla ifadə olunur. Müqəddəs kitab olan Quran-ı Kərim məhz Ramazan ayının axırıncı on gecəsindən birində insanlığa göndərilib.

Teoloq Hacı Adil Hüseynov Sputnik Azərbaycana bildirib ki, orucluq İslamdan öncə də mövcud olub: “Orucluğa müxtəlif yanaşma tərzləri var. Hər insan çalışır ki, orucluğu və Ramazanı öz dünyagörüşü çərçivəsində qəbul etsin. Bəs İslam dininin əsaslarının qaynağı olan Quran bunun mahiyyətini necə izah edir? Bəqərə surəsində Allah buyurur ki, “ey, o kəslər ki, iman gətiriblər, oruc sizin üçün vacib buyurulub, necə ki sizdən əvvəlki insanlara ümmətlərə vacib buyurulmuşdu”. Bu, orucluğun həm ümumbəşər bir dəyər olduğunu, həm də onun çox dərin tarixi köklərinin, hətta islamdan əvvəlki ümmətlərə vacib olduğunu göstərir”.

“Təqva sahibi olmaq üçün orucluq ən mühüm vasitələrdən biridir. İsan oruc tuta-tuta təqva sahibi olur ki, üzərinə düşən fərdi vəzifələrindən başqa ictimai vəzifələrini də başa düşə bilsin. Yəni, mən tək bu gün acamsa, bütün günlər ac olan insanlar var, bütün günlərdə ehtiyacı olan insanlar var. Mən yığdığım pulları nə qədər çox istəsəm də, onları Allah yolunda verməyi də istəməliyəm, çünki mən təqva sahibiyəm” — deyə Adil Hüseynov bildirib.

Xəbər lenti
0