Bəzi rayonlarda təbii fəlakət təhlükəsi aradan qalxır

© Sputnik / Xalid MemmedovBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Bir sıra rayonlarda isə güclü yağış və şimşək gözlənilir

BAKI, 23 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz arabir tutulacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Струи дождя на стекле автомобиля, фото из архива - Sputnik Azərbaycan
Havanın nə vaxt düzələcəyini gözləyənlərin nəzərinə

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 28-32, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0