Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gecə atasını qarşılamağa gedən oğlanı ilan sancdı

© Sputnik / Igor Podgornyİlan
İlan - Sputnik Azərbaycan
Abunə olmaq
Elnur Ağabalayevin sol ayağının baş barmağından sancıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Şəkinin Aşağı Göynük kəndində xoşagəlməz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında evə gələn atasını qarşılamaq üçün həyətə düşən, 1990-cı il təvəllüdlü Elnur Ağabalayevi, elə bu zaman ayağından ilan sancıb.

Onu dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Müayinələr zamanı məlum olub ki, ilan Elnur Ağabalayevin sol ayağının baş barmağından sancıb. Lazımi tibbi yardım göstərildikdən sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbər lenti
0