BAKI, 23 iyun — Sputnik. Daşkəsəndə narkotik vasitə olan marixuana satmaq istəyən musiqi müəllimi saxlanılıb.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1967-ci il təvəllüdlü rayon sakini Fikrət Bəhramov evinin yaxınlığında saxlanılıb. Onun üzərinə baxış zamanı cibindən bir kibrit qutusu və 4 bükümdə narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. F. Bəhramov marixuananı şəxsi istifadəsi üçün yolun kənarından yığdığını qeyd edib. Aparılmış əməliyyat tədbirləri zamanı məlum olub ki, F. Bəhramov marixuananı həmyerlisi Daşqın Əliyevə satmaq istəyib.
F. Bəhramov rayonda olan musiqi məktəbində qarmon müəllimi işləyir.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.