Manatla bağlı son vəziyyət açıqlandı

© Sputnik / Irade JELILМанаты и доллары, фото из архива
Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dolların real məzənnəsi yenidən tərəddüdlər yaradıb

BAKI, 23 iyun — Sputnik. Bu gün banklararası ticarətdə dollar yenidən düşüb. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, "Bloomberg" terminalında dollar günə 1.7000 manat kursu ilə başlayıb və 1.6906 manata qədər ucuzlaşıb. Başqa sözlə, dollar manat qarşısında 0,55% dəyər itirib.

Qeyd edək ki, ötən gün "Bloomberg"də dollar ticarəti 1.7000 manat məzənnəsi ilə yekunlaşmışdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0