Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Körpə ağcaqanad dərmanından öləcəkdi

CC0 / jarmoluk / DrugsDərman həbləri, arxiv şəkli
Dərman həbləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cahid Hüseynlinin ağcaqanad dərmanı içdiyi bildirilir

BAKI, 23 iyun — Sputnik. Mingəçevirdə azyaşlı dərmandan zəhərlənib.

“Report”un məlumatına görə, hadisə Ş. İ. Xətai küçəsi, ev 16, mənzil 9-da qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü Cahid Fərid oğlu Hüseynlinin qəfil halı pisləşib. C.Hüseynli valideynləri tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Məlum olub ki, körpə ağcaqanad dərmanı içib.

Xəbər lenti
0