CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmək haqlarımızın məbləği dəyişib

© Sputnik / Murad OrujovPulqabında manatlar, arxiv şəkli
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət və özəl sektorda çalışanların yeni əmək haqqı məbləğləri açıqlanıb

BAKI, 23 iyun — Sputnik. Bu ilin yanvar-aprel aylarında iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ilk 4 ayda orta maaş 520,5 manat təşkil edib.

Əmək haqqı neft sektorunda 3 153,7 manat, qeyri-neft sektorunda 458,5 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 386,8 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 714 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Xəbər lenti
0