CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi sahibkarlar cəzalandırıldı

© Sputnik / Anar MustafayevСтарые автобусы в Баку
Старые автобусы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə sahibkar və avtobus sürücüsü cəzalandırılıb

BAKI, 23 iyun — Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) son bir həftə ərzində keçirdiyi monitorinqlərin nəticəsi olaraq müvafiq tələblərin pozulması hallarına yol verən müntəzəm sərnişin daşıyıcıları və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb. BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, 213 nömrəli marşrut xəttində fəaliyyət göstərən 90 TV 751 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən sürücü Baloğlanov Sahib Qasım oğlu isə "D" kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadığı üçün dərhal sərnişindaşımadan kənarlaşdırılıb. Fakt sürücü bazasının formalaşdırılması çərçivəsində aparılan araşdırılma nəticəsində aşkar edilib.

Sərnişin avtobusu körpüdən aşıb - Sputnik Azərbaycan
HADİSƏ
Sərnişin avtobusu körpüdən aşdı, çox sayda yaralı var

Eyni zamanda 150 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən 10 TF 378 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Qazıyev Rəşad Kifayət oğlu sərnişinlə yanacaqdoldurma məntəqəsinə daxil olduğu üçün sürücünün izahatı alınıb və ona xəbərdarlıq edilib. 

Qeyd edək ki, 150 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istehsalat bazalarının yarasız vəziyyətdə olması, sürücülər tərəfindən ciddi qayda pozuntularına yol verməsi hallarının çox olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, daşıyıcı qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasını təmin etməyib. Bütün bu hallar nəzərə alınaraq 150 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcının dəyişdirilməsi qərara alınıb.

Analoji qərar 148 nömrəli marşrut xətti ilə bağlı da qəbul edilib. Aparılan monitorinqlər zamanı bu marşrut xətti üzrə da avtobusların texniki baxımdan qoyulan tələblərə cavab vermədiyi müəyyən edilib. Monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozmaqla sərnişinlərin həyatını təhlükəyə atan sürücülər də müəyyən edilib. Belə ki, 4 nömrəli müntəzəm marşrut xətt avtobusunun sürücüsü Cavid Ələsgərov qoşa xəttin tələbini kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxdığı üçün BNA-nın təqdimatı əsasında işdən azad edilib.

Agentlik bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.

Xəbər lenti
0