CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ölkədən ət idxalı dayandırıldı

© Sputnik / Yevgeniya Novozhenina / Mediabanka keçidПродукция мясоперерабатывающего предприятия, фото из архива
Продукция мясоперерабатывающего предприятия, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Braziliyadan gələn ətin əhəmiyyətli hissəsinin əhalinin sağlamlığı və gigiyenik standartlara cavab vermədiyi üçün təhlükəsizlik nəzarətindən keçə bilməyib

BAKI, 23 iyun — Sputnik. ABŞ Braziliyadan ət idxalını dayandırıb.

Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, amerikalı rəsmilər Braziliyadan gələn ətin əhəmiyyətli hissəsinin əhalinin sağlamlığı və gigiyenik standartlara cavab vermədiyi üçün təhlükəsizlik nəzarətindən keçə bilmədiyini açıqlayıb.

Son 3 ayda Braziliyadan gələn təzə ət məhsullarının 11 faizi ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Qida Təhlükəsizliyi və Yoxlama Xidmətindən keçə bilməyib.

Mart ayından bəri Braziliyadan ABŞ-a göndərilən 860 ton ət əhalinin sağlamlığı, gigiyenik şərtlər və heyvan sağlamlığı problemləri səbəbindən ABŞ-a buraxılmayıb. 

Qanunsuz kəsilib satışa çıxarılan at əti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yenə də mənşəyi bilinməyən ət aşkarlandı

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, dünyada ABŞ-a idxal edilən ətlərin ortalama 1 faizi nəzarətdən keçə bilmir.

Braziliya dünyanın ən çox ət və ev heyvanı ixrac edən ölkəsidir. Hər il dünyaya təxminən 12 milyard dollarlıq ət məhsulu satır. İxrac etdiyi ölkələrin başında Çin, ABŞ və Avropa İttifaqı ölkələri gəlir.

Ölkənin ixracatında böyük enişə səbəb olan iddialar isə mart ayında Braziliya polisinin iki il davam edən istintaqı nəticəsində ortaya çıxıb. Polis Braziliyanın 6 əyalətində 194 nöqtədə böyük əməliyyat keçirib. Prokurorlar 30-dan çox istehsalçını istehsal şərtlərinin gigiyenik olmamasında günahlandırır. Braziliyada bəzi ət istehsalçılarının sertifikat ala bilmək üçün səhiyyə müfəttişlərinə və siyasətçilərə rüşvət verdiyi iddia edilir.

Qalmaqalın ortaya çıxması ilə Braziliya hökuməti bu təsisləri bağlayaraq lazımi addımların atılacağını demişdi.

Xəbər lenti
0