Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğlan kirayənişin qızı öldürüb, onu müdafiə edənləri isə yaralayıb

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda ölüm və ağır xəsarətlərlə nəticələnən bıçaqlanma hadisəsi baş verib

BAKI, 23 iyun — Sputnik. İyunun 22-dən 23-nə keçən gecə Bakının Yasamal rayonunda qətl törədilib.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Cinayət rayonun 27-ci polis bölməsinin yerləşdiyi ərazidə — Əbilov küçəsi, 60 nömrəli evdə baş verib.

Burada yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Sənan İlham oğlu qonşularla baş verən münaqişə zamanı bir neçə nəfəri bıçaqla yaralayıb. 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı qarın və qolundan, onun 1991-ci il təvəllüdlü oğlu Həsənov Laçın Gülbala oğlu isə kürəyindən və qolundan xəsarət alıb.

Elə həmin ünvanda mənzil kirayələyərək yaşayan Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızı sinəsindən və qarnından çoxsaylı bıçaq zərbələri alıb. Hər üç nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, Əliyevanın həyatını xilas etmək mümkün olmayıb. Əliyeva vəfat edib, digər iki nəfərinsə vəziyyəti orta ağırdır.

Hazırda əməliyyatçılar Məmmədovun saxlanılması istiqamətində tədbirlər görür.

Qətlin motivləri Yasamal rayon prokurorluğu tərəfindən araşdırılır. İlkin məlumata görə, Məmmədov ölən şəxsin yaxını olub. Gecə o, digər şəxslərlə birlikdə Əliyevanın yanına gəlib və ona bıçaqla hücum edib. Evin sahibi oğlu ilə birlikdə münaqişəyə mane olmağa çalışıblar və bu zaman xəsarət alıblar.

Xəbər lenti
0