BAKI, 23 iyun — Sputnik. Avstraliya iqtisadiyyatı 26 ardıcıl ildir iqtisadi tənəzzülə uğramadan inkişaf edir.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ötən il 2,4%-lik iqtisadi artıma imza atan bu ölkə tənəzzülsüz inkişaf dövrünün uzunluğuna görə yalnız Hollandiyadan geri qalırdı.
Bu ilin ilk rübündə isə Avstraliyada ümumi daxili məhsul 1,7% artıb və ölkə bunun nəticəsində Hollandiyanın əldə etdiyi göstəriciyə çatıb.
Qeyd edək ki, Hollandiya 1992-2008-ci illərdə 26 il ardıcıl iqtisadi artıma nail olub.