Ramazan müsəlman təqviminə görə doqquzuncu aydır. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və müqəddəs ay hesab edilir.
Ramazanın özəlliklərinə gəldikdə, Quran məhz Ramazan ayının axırıncı on gecəsində nazil olub. Teoloq Hacı Adil Hüseynov Sputnik Azərbaycan-ın mətbuat mərkəzində keçirilən tədbirdə Ramazan ayı ilə bağlı bu və digər məqamlarla bağlı ətraflı məlumat verib.