Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankdan növbəti mühüm qərar gözlənilir

© Sputnik / Murad OrujovManat və dollar
Manat və dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bank növbəti iclasda uçot dərəcəsini aşağı sala bilər

BAKI, 22 iyun — Sputnik. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, orta illik inflyasiya 13,8% təşkil edir. Təhlillər göstərir ki, inflyasiyanı başlıca olaraq qeyri-monetar amillər şərtləndirir və əsasən gözlənti və inersiya xarakterlidir. Azərbaycan Mərkəzi Bankından (AMB) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə ötən gün keçirilən AMB-nin İdarə Heyətinin iclasında qeyd edilib.

Главный офис Центрального Банка Азербайджана - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vacib xəbər: Mərkəzi Bank uçot dərəcəsini dəyişdi

Mərkəzi Bankın dövri olaraq biznes sektoru və ev təsərrüfatları arasında həyata keçirdiyi sorğular göstərir ki, manatın məzənnəsinin sabitləşdiyi və pul kütləsinin həcminin neytrallaşdığı şəraitdə inflyasiya gözləntiləri bir qədər azalsa da, əhəmiyyətli olaraq qalır.

AMB-nin İdarə Heyəti hesab edir ki, sabit monetar şərait və məzənnə volatilliyinin olmadığı şəraitdə qısamüddətli inflyasiya riskləri məhdudlaşdırılıb və cari ilin ikinci yarısında həm əhalinin və həm də biznesin inflyasiya gözləntiləri azalmalıdır. Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edir.

AMB-nin inflyasiyanın hədəflənməsi rejiminə nəzərdə tutulan keçidi, maliyyə sabitliyinin dərinləşdirilməsi istiqamətində gözlənilən nəticələr, yeni fiskal qaydaların qəbulu və tətbiqi, bütövlükdə makroiqtisadi siyasətin koordinasiyası çərçivəsinin institutlaşması ortamüddətli inflyasiya risklərini daha da effektiv idarəetməyə imkan verəcək.

Xatırladaq ki, AMB bu gündən etibarən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.

Xəbər lenti
0